Vilvan kitabxanasında kitab təqdimatı olub +FOTO=17
Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəşin 30 noyabr tarixində Lənkəran şəhər Vilvan kənd kitabxanasında kitab təqdimatı olub.
Şairə xanım kənd sakinləri tərəfindən böyük sevgi ilə qarşılanıb. Kitabxananın oxucuları şairə xanımın ətrafına toplaşaraq onun şeirlərindən səsləndiriblər. Kitabxana əməkdaşları şairə xanımın yaradıcılığından danışarkən qeyd ediblər ki, tədbirə şairə xanımı görmək üçün digər kəndlərdən də kitabxana əməkdaşları qatılıb tədbirə.
Tədbir səmimi və maraqlı keçib. Vilvan kənd kitabxanasında ilk dəfə qonaq olan şairə xanım tədbirini Vilvanın qəhrəman şəhidi Qalib Zülfüqarlının xatirəsinə həsr edib.
Tədbirin sonunda şairə Esmira Günəş kitablarını imzalayaraq həm kitabxananın fonduna hədiyyə edib, həm də gələn qonaqlara. Xatirə şəkilləri çəkildikdən sonra şairə xanım günün xoş duyğuları ilə yenidən Sumqayıta qayıdıb.


