Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçuları Dünya Kubokunda yarışacaqlar

Dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində neft hasil edən ölkələr arasında boks üzrə Dünya Kuboku başlayacaq.

Yarış dörd gün davam edəcək və Azərbaycan milli komandasının iştirakı ilə keçiriləcək.

Sibirdə neft kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Dünya Kubokunda milli komandanı Rafiq İsmayılovun məşqçiliyi ilə idmançılar - Yadigar Əliyev və Ramal Yolçiyev (hər ikisi 51 kq), Metin Mamedov (57 kq), Əli Miriyev (60 kq), Ruslan Bayramov (63,5 kq), Malik Həsənov (67 kq), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kq) təmsil edəcək.

Ölkə turnirdə hakim Anar Nağdiyev tərəfindən də təmsil olunacaq.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən boksçu iştirak edəcək.

Best coffeeshop in Berlin