Boksçumuz Məhəmmədəli Aşurəliyev dünya çempionatına qələbəylə başlayıb
Bu gün BƏƏ-nin Dubay şəhərində kişilər arasında boks üzrə dünya çempionatına start verilib. Qeyd edək ki, mundiala özbəkistanlı mütəxəssis Ravşan Xocayevin rəhbərliyi altında 11 dəri əlcək ustası ilə qatılan Azərbaycan yığmasının bir üzvü start günü rinqə çıxıb və döyüşünü qələbə ilə başa vuraraq mərhələ aşıb. Söhbət 60 kq çəki dərəcəsində rinqə çıxan və ilk döyüşdə Visdom Barnorla (Syerra-leone) döyüşdən qalib ayrılan Məhəmmədəli Aşurəliyevdən gedir. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabla üstələyib. O, 1/16 finalda isə Tanzaniya təmsilçisi Mrema ilə üzləşəcək.
Mundiala dekabrın 13-də yekun vurulacaq.
İNTİQAM Məmmədov


