Daha 2 boksçumuz dünya çempionatıda mərhələ keçib
BƏƏ-nin Dubay şəhərində kişilər arasında boks üzrə keçirilən və Azərbaycan millisinin (11 boksçu) də qatıldığı dünya çempionatı davam edir.
Mundialın ikinci günü yiqmamizin daha 2 üzvü ilk döyüşünü qələbə ilə başa vuraraq mərhələ adlamaqi bacarıb. Cütlüyümüzdən ilk olaraq Avropa çempionu adını daşıyan Subhan Mamedov (48 kq) rinqə çıxıb. O, Filippin təmsilçisi Joey Kanonu üstələyərək 1/8 finala yüksəlib. Boksçumuz bu mərhələdə isə Tacikistan idmançısı Mehran Şafiyevlə döyüşəcək.
Günün digər qəhrəmanı isə Zaur Qəhrəmanov (67 kq) olub. Soyadı Qəhrəmanov olan bu qəhrəmanımız isə 1/16 finalda qambiyali Şeyx Şamı ilk raunddaca məğlub olub. Qəhrəmanov 1/8 finalda argentinali Tomas Kasazzani ilə vuruşacaq.
Xatırladaq ki, dünya çempionatının ilk günü isə boksçumuz Məhəmmədəlı Aşurəliyev (60 kq) 1/32 finali qələbə ilə başa vurub.
İNTİQAM Məmmədov


