Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Məkkədə Həcc ziyarəti zamanı yüzlərlə zəvvar istidən ölüb

Hazırda Səudiyyə Ərəbistanında havanın temperaturu kölgədə 50 dərəcədən yuxarıdır. Zəvvarlar açıq günəş altında bir çox ayinləri piyada yerinə yetirirlər, nəticədə xüsusilə yaşlılar gün vurmasından ölürlər.

Qurbanların dəqiq sayı məlum deyil, lakin, təkcə Həcc ziyarəti zamanı azı 550 nəfər ölüb, onlardan 323-ü Misirdən olan zəvvarlardır.

Həlak olanlar arasında 35 Tunis vətəndaşı da var. İordaniya Xarici İşlər Nazirliyi iordaniyalı zəvvarlar üçün 41 dəfn icazəsinin verildiyini açıqlayıb. İranın İRNA xəbər agentliyi 11 iranlının öldüyünü, daha 24 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Üç Seneqal vətəndaşının və 144 İndoneziya vətəndaşının da öldüyü bildirilir.

Yaxınları sosial şəbəkələrdə bu insanların əksəriyyətinin həddindən artıq istidən dünyasını dəyişdiyini bildiriblər. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bildirib ki, səlahiyyətlilər həddindən artıq yüksək temperatur fonunda zəvvarlar arasında qeyri-adi ölüm faktı aşkar etməyiblər.

Best coffeeshop in Berlin