Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların Azərbaycan çempionatında fərdi yarışlar başa çatıb

Dekabrın 5-də Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında startı verilən seçmə xarakterli Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın ikinci günü isə qadınların yarısında 48, 52 və 57 kq çəki dərəcələrində, kişilər arasında isə 81, 90, 100 və +100 kq çəkidə çempionlar müəyyənləşib. 

Qadınların yarışında Könül Əliyeva (48 kq, Neftçi İK), Aydan Vəliyeva (52 kq, Neftçi İK) və Vüsalə Hacıyeva (57 kq, Neftçi İK) çempionluq kürsüsünə qalxıb. Kişilərin analoji yarışında isə Vüsal Qələndərzadə (81 kq, Atilla İK), Məmmədrza Hacızadə (90 kq, Sərhədçi İM), Elmar Qasımov (100 kq, Atilla İK) və Kənan Nəsibov (+100 kq, Kanokan TT) çempionluq sevincini yaşayıb.

Günün ən maraqlı final görüşü +100 kq çəkidə tatamiyə çıxan Kənan Nəsibovla Camal Qamzatxanov arasında olub. Əsas vaxtda tərəflərdən heç biri xal qazana bilmədiyi üçün görüş qızıl xal uğrunda davam edib. Burada daha fəal olan Nəsibov qalib gəlib.

Yeri gəlmişkən, bu Nəsibovun son 50 gün ərzində dördüncü medalı olub. Xatırladaq ki, Peru Qran-Prisində 3-cü  yeri tutan Kənan bunun ardından Avropa çempionatında, Zaqreb Qran-Prisində və Azərbaycan çempionatında qızıl medal qazanıb.

Yeri gəlmişkən, fərdi yarışlarda həm kişilər, həm də qadınlar arasında ilk üç yeri tutan cüdoçular müvafiq olaraq, 1000, 700 və 350 AZN mükafat qazanıb.

Dekabrın 7-də çempionata komanda yarışı ilə yekun vurulub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin