Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımız DK-da 4 medal qazanıblar

Rusiyanın Yuqorsk şəhərində neft ixrac edən ölkələr arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Dünya Kubokuna yekun vurulub. ABF-dan verilən məlumata görə, məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında bu yarışa qatılan Azərbaycan yığması çıxışını 4 (1-1-2) medalla başa vurub. 

Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Malik Həsənovun (67 kq) aktivinə yazılıb. O, finalda monqolustanlı Enxtor Teqsjardali üstələyib. 

Gümüş medal yalnız həlledici finalda büdrəyən Yadigar Əliyevin (51 kq) payına düşüb. 

Bürünc medallari isə çıxışını üçüncü yerdə bitirən Əli Miriyevlə (60 kq) Novruzəli Quliyev (75 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin