Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadınlarda "Şuşa" UGİM, kişilərdəsə "KanokanTT" Azərbaycan çempionu olub

Dekabrın 5-də Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında fərdi yarışlarla startı verilən seçmə xarakterli Azərbaycan çempionata həftəsonu komanda yarışları ilə yekun vurulub. Qadınların komanda yarışında birinci yeri "Şuşa" UGİM tutub və qızıl medala layiq görülüb. Qalibin  finalda məqlub etdiyi "Umbayev Sport Olub" ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib. Üçüncü yerin sahibi isə "Neftçi" İdman Klubunun birinci komandası olub.

Kişilərə gəlincə, çempion adını "Kanokan TT" klubu qazanıb. Yalnız finalda büdrəyən "Azəri Cüdo" klubu ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Kisilərin komanda yarışının bürünc medalçısı isə "Sərhədçi" İK ilə "Atilla" İK olub.

Çempionatın diqqətçəkən məqamlarından biri "Kanokan TT" klubunun üzvü Kənan Nəsibovun çıxışıdir. Adıçəkilən tatami ustası son 50 gün ərzində 5-ci dəfə fəxri kursuyə qalxib. Xatırladaq ki, Lima Qran-Prisində üçüncü olan Kənan bunun ardından Moldovada U-23 Avropa çempionatında, Zaqreb Qran-Prisində və eləcə də Azərbaycan çempionatında (fərdi və komanda yarışlarında) birinci yeri tutmaqla qızıl medal qazanıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin