"Qarabağ" - "Ayaks" Çempionlar Liqası matçının hakimlər briqadası təyin olunub
UEFA Çempionlar Liqasının altıncı turunun Azərbaycan təmsilçisi "Qarabağ" və Hollandiyanın "Ayaks" komandaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Oyun Sloveniyadan olan hakimlər briqadasına həvalə edilib.
FIFA referisi Rade Obrenoviç oyunun baş hakimi təyin edilib. Ona köməkçi hakimlər Yure Praprotnik və Qreqa Kordej kömək edəcək. Dördüncü hakim isə Mateo Tozan olacaq.
VAR sisteminə Matej Jug, köməkçi VAR (AVAR) isə Alain Borosak nəzarət edəcək.
"Qarabağ" - "Ayaks" matçı 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlayacaq.


