Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın oxatanlarımız Rusiya turnirində üçüncü olublar

Rusiyanın Cita şəhərində "Vladimir Yeşeyev mükafatı" uğrunda kamandan oxatma üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycanın qadınlardan ibarət komandası da iştirak edib. Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, sözügedən turnirdə ölkəmizi texniki direktor Vladimir Lekveşvili və baş məşqçi Natiq Fazilovun rəhbərliyi altında Fatimə Hüseynli, Nilufər Ağammədli və Lalə Əbdürrəhmanova triosundan ibarət olan qadın millimiz təmsil edib. Zəriflərimiz turnirdə inamla yarışaraq üçüncü yeri tutublar. 

Onu da qeyd edək ki, Rusiyada bürünc medal qazanan millimiz dünən Vətənə dönüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin