"Qarabağ" FK evdə "Ayaks" klubunu qəbul edəcək
"Qarabağ"in Bakıdakı matçını "köhnə tanışı" idarə edəcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas qrup mərhələsində sayca 6-ci olan növbəti turun oyunlarına start veriləcək. Ölkəmizi bu mötəbər turnirdə uğurla təmsil edən "Qarabağ" isə hesabat turuna sabah (10 dekabr) qatılacaq. Baş məşqçisi Qurban Qurbanov olan çempionumuz Hollandiyanın məşhur "Ayaks" klubunu qəbul edəcək. Oyun saat 21:45-də Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq. Oyunu idarə etmək sloveniyalı hakimlər briqadasına həvalə edib. Baş hakim "köhlən atlar"ın "köhnə tanışlıqdan" olan Rade Obrenovicdir. O, 2021-ci ildə UEFA Konfrans Liqası çərçivəsində Bakıda baş tutan "Qarabağ" - "Aberdin" (Şotlandiya, 1:0) matçını idarə edib. Bu oyunda Obrenovicə laysmanlar - Yuri Prapratnik və Qreqa Kordez kömək edəcək. Matçın dördüncü hakimi Mateo Tozan olacaq. VAR-da hakim Matej Juqa, AVAR-da isə Alen Berosaka oturacaq.
Xatırladaq ki, turnirdə geridə qalan 5 turdan sonra "Qarabağ" 7 xalla 36 komanda arasında 20 sırada, 5 oyunun hamısında məğlub olaraq bir xal belə toplaya bilməyən "Ayaks" isə son pillədə qərarlaşıb.
İNTİQAM Məmmədov


