Boksçularımızdan 6-sı mundialın 1/4 finalına yüksəlib
BƏƏ-nin Dubay şəhərində kişilər arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. Noyabrın 8-də çempionatın 1/8 final döyüşlərinə start verilib. Həmin gün rinqə çıxan 6 boksçumuz döyüşünü qələbə ilə başa vuraraq, 1/4-ə yüksəlib. Mərhələ aşan təmsilçilərimizdən Sübhan Mamedov (48 kq) Tacikistan idmançısı Mehran Şafiyevi (5:0), Məhəmmədəli Aşurəliyev gürcüstanlı Artuş Qomtsyanı (5:0), Zaur Qəhrəmanov (67 kq) argentinali Tomas Kasazzani (5:0), Səidcəmşid Cəfərov (75 kq) Bəhreyn təmsilçisi Amir Abbası (5:0), Alfonso Domunqes (90 kq) argentinali Matias Veronu (5:0), Məhəmməd Abdullayevsə (+92 kq) kamerunlu Mvoqo Zaqaryeni (5:0) məqlub edib.
Noyabrın 9-da daha üç boksçumuz 1/8 final döyüşünə çıxacaq.
İNTİQAM Məmmədov


