Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ayaks"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün öz planlarımız var"

"Ayaks"ın Çempionlar Liqasının altıncı turunun əsas mərhələsində "Qarabağ"la oyunundan əvvəl müvəqqəti baş məşqçi Fred Qrim qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb.

Məşqçinin sözlərinə görə, komanda klub daxilində böyük dəstək hiss edir və azarkeşlərin Bakıya gəlişi onlara əlavə motivasiya verib.

"Rəqiblərimizin oyunlarını izlədik və təhlil etdik. "Qarabağ"ın oyunçuları texniki cəhətdən güclüdürlər; onlar balanslı və böyük bir komandadırlar. Hücumda çox sürətlidirlər və bunun üçün öz planlarımız var. Sabahı səbirsizliklə gözləyirik. Oyunçuların hazırkı vəziyyətinə əsasən kimin meydana çıxacağını müəyyən edəcəyik", - deyə Qrim bildirib.

O, əvvəlki Çempionlar Liqası oyunlarındakı məğlubiyyətlərin Amsterdam klubu üçün ağır zərbə olduğunu qeyd edib.

"Sabah xal qazanmaq istəyirik. Növbəti mərhələyə yüksəlmək üçün çalışırıq. Bu kimi turnirdə xalsız qalmaq pisdir. Rəqiblərimizin yeddi xalı var, bunu bilirik və əlimizdən gələni edəcəyik", - deyə məşqçi vurğulayıb.

"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Best coffeeshop in Berlin