Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropa Liqası matçında hakimlər heyətinə Azərbaycanlı FİFA referisi rəhbərlik edəcək

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb.

O, Avropa Liqasının əsas mərhələsinin altıncı turunun Almaniyanın "Frayburq" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək oyununa hakim təyin edilib.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Əliyar Ağayev dördüncü hakim vəzifəsini yerinə yetirəcək. İngilis Stüart Attvell VAR (Video Köməkçi Hakim), hollandiyalı Paul van Bukel isə AVAR-a cavabdeh olacaq.

Oyun 12 dekabrda Almaniyanın Frayburq şəhərindəki "Volfsvinkel" stadionunda keçiriləcək.

Best coffeeshop in Berlin