Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə boksçuların Avropa çempionatı başlayıb

Bu gün Almaniyanın Keinbaum şəhərində 17 yaşlı (U-17) yeniyetmə boksçular arasında Avropa çempionatına start verilib. Dekabrın 17-dək davam edəcək bu çempionatda Azərbaycan da daxil olmaqla 29 ölkəni təmsil edən boksçu mübarizəyə qatılıb.

ABF-dən verilən məlumata görə, çempionata qatılan 12 təmsilçimizdən 4-u ilk gün rinqə çıxıb. Mübarizəyə qatılan dördülükdə Əli Abbasov (52 kq), Haqverdi Həsənov (63 kq, hər ikisi 1/16 final), Aysel Fərəcova (46 kq) və Əminə Tağı (50 kq, hər ikisi 1/8 final) yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin