"Sabah" kişi basketbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Noyabrın 9-da kişi basketbol klublarının mübarizə apardığı Avropa Çempionlar Liqasının qrup mərhələsində sayca 5-ci olan növbəti turun oyunlarına start verilib. Turnirin "B" qrupunda yer alan Azərbaycan çempionu "Sabah" klubu hesabat turu çərçivəsində Çexiyanin "Nyumburq" klubunu qəbul edib. Qeyd edək ki, baş məşqçisi litvalı mütəxəssis Rimas Kurtinaytes olan çempionumuz Milli Gimnastika Arenasında baş tutan bu görüşdə qonağına güzəşt etməyib - 105:87 (30:21, 20:20, 22:21, 33:25). Bununla da "Sabah" klubu Çempionlar Liqasında ilk qələbəsini qazanmqala tarix yazıb.
Yeri gəlmişkən, çempionumuz dekabrın 16-da son tur çərçivəsində Almaniyada yerli "Alba' Klubunun qonağı olacaq.
Xatırladaq ki, "Sabah" qrupda bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub. "Nyumburq"la səfər matçında 65:93 hesabla uduzan "Sabah" Fransa təmsilçisi "Elan Şalon"la hər iki oyunda (71:84 və 87:89), "Alba" (76:85) ilə isə evdə məğlub olub.
5-ci turda qazanılan qələbəyə baxmayaraq "Sabah" yenə də qrupda sonuncudur.
"B" qrupunda hazırkı vəziyyət belədir:
Komanda O Q M T/F X
Elan Şalon 4 4 0 +22 8
Alba 4 3 1 +33 7
Nyumburq 5 1 4 -21 6
Sabah 5 1 4 -34 6
İNTİQAM Məmmədov


