Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Artıq 15 komanda pley-off mərhələsindədir və "Qarabağ" 22-ci yerdədir

Dünən keçirilən Çempionlar Liqası oyunlarından sonra "Qarabağ" 21-ci yerdən 22-ci yerə düşüb.

Azərbaycan çempionlarının yeddi xalı var və onlar Napoli və Kopenhagenlə eyni xala malikdirlər.

On xal pley-offa vəsiqəni təmin edir. "Qarabağ" 21 yanvarda Bakıda Almaniyanın "Ayntraxt Frankfurt" komandasını məğlub etməlidir.

Günün nəticələri:

"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Hollandiya) - 2:4

"Vilyarreal" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 2:3

"Atletik Klub" (İspaniya) - PSJ (Fransa) - 0:0

"Bayer" (Almaniya) - "Nyukasl" (İngiltərə) - 2:2

"Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya) - 2:0

"Borussiya" (Almaniya) - "Bodo-Qlimt" (Norveç) - 2:2

"Brügge" (Belçika) - "Arsenal" (İngiltərə) - 0:3

"Yuventus" (İtaliya) - "Pafos" (Kipr) 2:0

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2.

Best coffeeshop in Berlin