Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

8 boksçumuzdan yalnız 3-ü mundialın yarımfinalına yüksəlib

BƏƏ-nin Dubay şəhərində kişilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı boks üzrə dünya çempionatı davam edir. Bu gün çempionatda 1/8 final mərhələsinin döyüşləri baş tutub və bununla da yarımfinalçılar müəyyənləşib. Qeyd edək ki mundiala qatılan 11 bokscumuzdan 8-i  bu mərhələdə rinqə çıxıb. Təəssüflər olsun ki, yalnız 3 boksçumuz döyüşünü qələbə ilə başa vuraraq adını yarımfinala yazdıra bilib. Bu üçlükdə Sübhan Mamedov (48 kq), Alfonso Domunqes (90 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıb. Mamedov yarımfinala çıxışda Özbəkistan təmsilçisi Şodiyorjon Melikuziyevi (5:0), Domunqes moldovalı Andrey Zaplitnini (5:0), Abdullayev isə Türkmənistan idmançısı Dovlat İslamovu (5:0) məğlub edib. Hər üç boksçumuz yarımfinala çıxmaqla ən azından mundialın bürünc medalını özünə təmin edib. Dekabrın 12-də keçiriləcək yarımfinalda Mamedov Gürcüstan idmançısı Sahil Alahverdovla, Dominqes özbəkistanlı Turabek Xabibullayevlə, ən ağırımız olan Abdullayev isə rusiyalı David Surovla döyüşəcək.

Təəssüflər olsun ki, 1/8-də rinqə çıxan digər boksçularımız - Məhəmmədəli Aşurəliyev (60 kq), Maksud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (71 kq) və Səidcəmşid Cəfərov (75 kq) məğlubiyyətlə üzləşərək mübarizəni medalın bir addımlığında başa vurub. 

Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin