Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Sübhan Mamedov dünya çempionatının finalında

BƏƏ-nin Dubay şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatı davam edir. Dünən mundialda yarımfinal mərhələnin döyüşləri keçirilib. Bu mərhələdə 3 boksçumuz rinqə çıxıb. Triomuzdan yalnız biri - Sübhan Mamedov (48 kq) bu mərhələni də uğurla başa vuraraq, finala yüksəlib. O, yarımfinalda gürcüstanlı Sahil Alahverdovu (5:0) məqlub edib. Qeyd edək ki, noyabr ayında Budapeştdə (Macarıstan) U-23 Avropa çempionatında qızıl medal qazanan Mamedov indi isə finala yüksəlməklə ən azından dünya çempionatınin gümüş medalını özünə təmin edib. Boksçumuz dekabrın 13-də baş tutacaq həlledici finalda rusiyalı Edmond Xudoyanla döyüşəcək. 

Yarımfinal döyüşünə çıxan digər iki boksçumuz - Alfonsa Domunqes (90 kq) və Məhəmməd Abdullayev (+92 kq) isə məqlubiyyətlə üzləşərək çıxışını üçüncü yerdə bitirməklə bürünc medalla kifayətlənib. Hər iki boksçumuz bürünc medalla yanaşı, həm də 75 min dollar mükafat qazanıb.

Yeri gəlmişkən, mükafat fondu 8 milyon dollar təşkil edən mundialda birinci yerin sahibi 300 min, ikinci yeri tutan 150 min, üçüncü yerin sahibi 75 min, 5-ci yeri tutan isə 10 min dollar qazanmış olacaq.

Verilən mükafatlar isə məbləğindən asılı olmayaraq 50 faizi boksçunun özünə, qalan 50 faizin 25 faizi boksçunun məşqçisinə, 25 faizi isə onun təmsil etdiyi milli federasiyaya ödəniləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin