5 boksçumuz AÇ-da ilk qələbəsini qazanıb
İki gün öncə Almaniyanın Keinbaum şəhərində 17 yaşlı (U-17) yeniyetmə oğlan və qızlar arasında boks üzrə Avropa çempionatına start verilib. İlk iki gündə yiqmamizin 5 üzvü birinci döyüşünü qələbə ilə başa vuraraq, növbəti mərhələyə adlayıb.
Bu beşlikdə Əli Abbasov (52 kq), Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Şükür Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) yer alıb. Qeyd edək ki, Əli Abbasov 1/8 finala, qalanları isə 1/4 finala yüksəlib. Abbas növbəti döyüşünü (1/8 final) bu gün, 1/4-ə çıxanlar isə dekabrın 13-də keçirəcəklər.
Çempionata dekabrın 17-də yekun vurulacaq.
İNTİQAM Məmmədov


