Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTO=88

Dekabrın 12-də xalqımızın böyük oğlu, ümummillilider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu  kimi,  Ağcabədidə də dərin hörmət və ehtiramla anılıb.
İlk olaraq dahi liderin rayon icra hakimiyyətinin qarşısında  yerləşən abidəsi ziyarət olunub. Ziyarətdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağcabədi Rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada  abidə önünə gül dəstələri qoyularaq Ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları  “Qızıl Saray” şadlıq evinə toplaşıblar. Mərasim  “Sadə insan, böyük lider” adlı  sənədli filmin nümayişi ilə başlayıb. Ardınca  Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dahi liderin ömür yolundan söz açaraq, onun böyük siyasətçi olmağı ilə yanaşı həm də xalqın içində olan, sadə, səmimi insan olduğunu diqqətə çatdırıb. Dahi liderin insana, insanlığa, mədəniyyətə, mənəviyyata   olan münasibətinin hər kəsə örnək olduğunu bildirən rayon rəhbəri qeyd edib ki, biz bu ənənə gələcək nəsillərə də ötürməliyik.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi  rayon təşkilatının qurucularından olan partiya veteranı Tofiq Ağamirov, şəhid anası Zülfiyyə Quliyeva  və fotoqraf Mais İbrahimov öz fikirlərini, ürək sözlərini bölüşüblər. 
Şəhid ailələri, həmçinin aztəminatlı ailələrin də iştirak etdiyi  tədbirdə  “Cümə” məscidinin imamı Röya Balayev tərəfindən dua oxundudan sonra ulu öndər  Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb.

Mais İbrahimov

Best coffeeshop in Berlin