Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hüseynova ilə Aslanov da AÇ-nin yarımfinalına yüksəlib

Almaniyanın Keinbaum şəhərində 17 yaşlı (U-17) yeniyetmə boksçular arasında keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən çempionatda 1/4 final mərhələnin döyüşlərinə yekun vurulub. Bir gün öncə olduğu kimi, bu dəfə də iki təmsilçimiz - Gülər Hüseynova (48 kq) və Şahin Aslanov (60 kq) döyüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib və bununla da hər iki boksçumuz ən azından çempionatın bürünc medalını özünə təmin edib. ABF-dən verilən məlumata görə, yarımfinala çıxışda italiyalı Maria Spenattonu məğlub edən Hüseynova bu mərhələdə İngiltərə təmsilçisi Sereana Maillə, 1/4-də bolqarıstanlı İvaylo Kolevini üstələyən Aslanov isə yarımfinalda irlandiyalı Ceyson Maherlə üzləşəcək. Xatırladaq ki, bir gün öncə isə yığmamızın üzvlərindən Qardaş Rəhimovla (46 kq) Şükür Əliyev (75 kq) eyni uqura imza atıb. 

Dekabrın 15-də yarımfinal döyüşləri keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin