Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səməd Vurğunun ev-muzeyinin 50 illiyi qeyd edilib +FOTO=15

11 dekabr 2025-ci il tarixində Səməd Vurğunun ev-muzeyi 50 illik yubileyini qeyd edib. Yarım əsr ərzində muzey mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirərək, maarifləndirici sahədə əhəmiyyətli nailiyyətlər əldə etmişdir.
Tədbirdə Mədəniyyət Nazirliyindən, Yazıçılar Birliyindən nümayəndələr, muzey əməkdaşları, ədəbiyyatsevərlər, ziyalılar iştirak etmişlər. 
Tədbirin aparıcısı çıxış edərək 50 illik tarixi ərzində  muzeyin əsas fəaliyyəti haqqında məlumat verib. 
Ümummilli Lider Heydər Əliyevi muzeydə əks etdirən videoçarx təqdim olunub.
Filologiya üzrə fəlsəfə doktoru, vurğunşünas Aslan Salmansoy, əməkdar incəsənət xadimi, “Azərbaycan” ədəbi-bədii jurnalının baş redaktoru İntiqam Qasımzadə, muzey fondunun baş mühafizi, əməkdar mədəniyyət işçisi Xanım Şadlinskaya, fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi Məti Osmanoğlu, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı öz çıxışlarında həmin illər haqqında xatirələrini bölüşmüş, muzeyin keçirtdiyi bir sıra tədbirlərdən söz açmış, bu ocaqda qonaq olmuş tanınmış şəxsiyyətləri  yad etmiş, Səməd Vurğunun ev-muzeyinin daim zəngin ədəbi-mədəni mühitə malik olduğunu vurğulamışlar. 
Tədbir boyunca şairin yaddaşlardan silinməyən ölməz əsərlərindən Vasif Adıgözəlovun “Şair, nə tez qocaldın sən...”, Sevda İbrahimovanın “Bir diyarın eşqinə”, Aşıq Avdı Musayevin “Azərbaycan” musiqi nömrələri səsləndirilib.
Sonda muzeyin 50 il ərzində keçirilən yubiley fotoşəkillərindən ibarət sərgi nümayiş olunub.

Best coffeeshop in Berlin