Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kilian Mbappe "PSJ"yə qarşı məhkəmə iddiasını qazandı

Fransa və "Real Madrid" hücumçusu Kilian Mbappe "PSJ"yə qarşı məhkəmə mübarizəsində qalib gəlib.

Paris əmək məhkəməsi Fransa klubuna oyunçuya təxminən 61 milyon avro ödəməyi əmr edib.

Məbləğə onun 2024-cü ilin yayında başa çatan müqaviləsi üzrə ödənilməmiş əmək haqqı və bonuslar daxildir. Məhkəmənin qərarı dərhal icra olunmalıdır və PSJ bütün qarşılıqlı iddiaları rədd edib.

Xatırladaq ki, Paris klubu Mbappedən 440 milyon avro tələb etmişdi. Məhkəmə həmçinin "PSJ"yə qərarın tam mətnini bir ay ərzində klubun rəsmi veb saytının əsas səhifəsində dərc etməyi əmr edib.

Best coffeeshop in Berlin