Təxirə salınmış Azərbaycan Basketbol Liqasının oyunu keçiriləcək
Bu gün Azərbaycan Basketbol Liqasında yeddinci turun təxirə salınmış oyunu keçiriləcək.
"Şəki" A qrupunda "Neftçi"ni qəbul edəcək.
Oyun Şəki Olimpiya Kompleksində keçiriləcək və saat 17:00-da başlayacaq.
"Neftçi" qrupda dördüncü, "Şəki" isə beşinci yerdədir. Hər iki komandanın 10 xalı var.


