"Globe Soccer Awards" mükafatına namizədlər açıqlandı
Bir neçə əsas kateqoriya üzrə "Globe Soccer Awards" mükafatına namizədlər açıqlanıb.
Avropanın "İlin Klub Futbolçusu" mükafatına namizədlər arasında Usman Dembele və Vitinha (PSJ), Kilian Mbappe ("Real Madrid"), həmçinin Rafinha və Lamin Yamal ("Barselona") yer alıb.
Yaxın Şərqin "İlin Oyunçusu" mükafatına Kriştiano Ronaldo ("Əl-Nəsr"), Kərim Benzema ("Əl-İttihad"), Riyad Mahrez ("Əl-Əhli") və Salem Əl-Dovsari ("Əl-Hilal") yer alıb.
Dembele, Mbappe, Rafinha, Yamal və Xviça Kvaratskhelia (PSJ) "İlin Ən Yaxşı Hücumçusu" mükafatına namizəddirlər.
Ən yaxşı məşqçi adı uğrunda Xabi Alonso (Real Madrid), Mikel Arteta (Arsenal), Luis Enrike (PSJ), Hans-Dieter Flick (Barselona) və Enzo Maresca (Çelsi) mübarizə aparacaqlar.
"Globe Soccer Awards" mərasimi 28 dekabrda Dubayda keçiriləcək. Mükafatlar 2009-cu ildə Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası tərəfindən təsis edilib.


