Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Esmira Günəş Lənkəranlı oxucuları ilə yenidən görüşüb +FOTO=15

Dekabrın 20-si Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəşin 2 saylı Şağlaser kənd kitabxanasında kitablarının təqdimatı keçirilib. Lənkəran şəhər Vilvan kəndinin şəhidi Qalib Zülfüqarlının ad gününə təsadüf edən tədbir elə şəhidin xatirəsinə həsr olunub. Tədbirdə Lənkaran şairlərindən, cənub bölgəsinin talış yazarı Rza Musayev, Şağlaser kənd mədəniyyət nümayəndələri, Şəhid Asif Əsədullayev adına natamam orta məktəbin şagirdləri və Lənkəranın müxtəlif kəndlərindən kitabxana filiallarının nümayəndələri iştirak ediblər. Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla açıq elan olunduqdan sonra tədbirin təşkilatçısı, 2 saylı Şağlaser kənd kitabxanasında müdir əvəzi vəzifəsini yerinə yetirən Gülbəniz xanım qonaqlara günün əhəmiyyətindən danışaraq, şairə Esmira Günəş haqqında geniş məlumat verib. Daha sonra qonaqlar maraqlı çıxışları ilə və kitabxananın fəal oxucularının səsləndirdiyi şeirlərlə tədbirə maraq qatıblar. Tədbirin sonunda şairə Esmira Günəş Gülbəniz xanıma Təşəkkürnamə təqdim edib və qələmini bu qədər ürəkdən sevdikləri üçün bütün qonaqlara təşəkkürünü bildirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra Esmira Günəş kitabxana kollektivi ilə birlikdə şəhid Qalib Zülfüqarlının ev muzeyini, məzarını və abidəsini ziyarət edib. Həmçinin Şağlaser şəhidlərinin də məzarları ziyarət olunub. Esmira Günəş günün sonunda şəhid Murad Hüseynzadənin də evini ziyarət edib.
Qeyd edək ki, şairə Esmira Günəş ölkəmizdə yaradıcılığını şəhidlərə həsr edən və şəhidlər haqqında 27 kitabı olan yeganə şairədir. Biz də saytımız adından şairə xanıma təşəkkür edir, yaradıcılıq uğurları arzulayırıq.

Best coffeeshop in Berlin