Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Poeziyamızın qızıl çələngi” – Masallıda tədbir

 

“Əgər sevirsənsə, ayaq səsimdən,
Gərək biləsən ki, Bəxtiyar gəlir!”

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Masallı rayonunda tədbir keçirilib.
Boradigah qəsəbə şəhid İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəbində təşkil olunan “Poeziyamızın qızıl çələngi” adlı tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsindən, şairin Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, Vətənə, dilə və milli kimliyə bağlılığından geniş danışıblar.
Qeyd olunub ki, şairin milli ruhda qələmə aldığı əsərlər gənc nəslin, xüsusilə məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndirilib, onun yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin