Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Həmyerlimiz ABŞ-ın "qara siyahısı"na düşdü - Seymur Əliyev kimdir?

ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ İmmiqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılan cinayətkar əcnəbilərin onlayn məlumat bazasını yeniləyib.

AZpress.AZ xəbər verir ki, Agentlik həmin siyahıdakı şəxsləri "pislər arasında ən pisi" adlandırır. 2025-ci ilin yekunları ilə bağlı bu siyahıya Azərbaycan vətəndaşı da daxil edilib. Belə ki, 44 yaşlı Seymur Əliyev ABŞ-ın Knetukki ştatında saxlanılıb. Hazırda həbsdə olan həmyerlimiz hücum, polis təqibindən qaçma, sürücü vəsiqəsi olmadan maşın idarəetmə, sürət həddini aşma maddələri ilə ittiham olunur.

Qeyd edək ki, siyahıda 18 Rusiya, 27 Ukrayna, 22 Ermənistan və iki belaruslu daxil edilib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111