Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Bir olaq, həmrəy olaq" – Masallıda tədbir

 

Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bir olaq, həmrəy olaq" adlı tədbir təşkil olunub.
Tədbirdə idarə və müəssisə rəhbərləri, idmançılar, ictimaiyyət və media nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
Masallı rayon Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov 2025-ci ildə gənclər və idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirin sonunda il ərzində fərqlənən gənclər və idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamə və hədiyyələri ilə təltif olunublar.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin