Real Aykido özünümüdafiə sənəti üzrə Respublikadaxili on ikinci kəmər imtahanı keçirildi +FOTO=36
21 dekabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetinin İdman Sarayında Real Aykido özünümüdafiə sənəti üzrə Respublikadaxili on ikinci kəmər imtahanı keçirildi. Tədbirdə Azərbaycan Real Aykido İdman Klubunun on beş filialından üç yüzdən çox idmançı iştirak edirdi. Yüz nəfər idmançı 5-ci kyu sarı və 4-cü kyu narıncı kəmər dərəcələri üzrə imtahan verdi.
İmtahanı Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aykido İdman Klubunun təsisçisi və prezidenti, beynəlxalq dərəcəli 5-ci Dan qara kəmər ustası, Master Fariz Abdullayev şəxsən qəbul edirdi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərin əziz xatirəsi yad olundu və Real Aykido himni səsləndirildi. Tədbir uşaq və gənclərdən ibarət komandanın nümunəvi çıxışları və bir sıra maraqlı anlarla yadda qaldı.
Sonda kollektiv xatirə şəkli çəkildi. İmtahandan uğurla keçən idmançılar may ayında keçirilməsi nəzərdə tutulan Real Aykido özünümüdafiə sənəti üzrə 12-ci beynəlxalq seminar və kəmər imtahanında iştirak etmək hüququ qazandılar.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76


