Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə “Dəyişən ifadələr” adlı ustad dərsi təşkil etdi.
AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət olan auditoriya üçün olduqca böyük maraq kəsb edən bu ustad dərsinin əsas məqsədi yetişən gəncliyin mədəniyyətə, teatr sənətinə bir addım daha yaxından baxmasını, onların bir tamaşa ərsəyə gəlincə səhnə arxasında gedən bir çox proseslərdən xəbərdar olmasını və bu sahəyə meyllərinin artmasını hədəfləyirdi.
Bu təşəbbüsümüzü reallaşdırmaqdan ötrü ana teatrımızın qapılarını üzümüzə geniş açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərova, teatrın bədii rəhbəri, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə, direktor müavini Hacıbaba Məmmədova, truppa müdiri Elnur Məmmədova dərin təşəkkürümüzü bildiririk. Teatrın qrim sexinin rəisi İlqar Cəfərovun və qrimçi pastijorlar Natəvan Rəhimovanın, Könül Ağayevanın və Vüsalə Məmmədzadənin mövzü ətrafındakı canlı söhbətləri, izahları, nümayiş etdirdikləri müxtəlif qrim vasitələri və onlardan düzgün istifadə üsulları – bir sözlə bu sənətin sirləri hər kəs üçün həm könül açan, həm də faydalı oldu.
Yetişən nəslin milli mənəvi dəyərlərimizə bağlılığının və vətənpərvərlik hisslərinin aşılanması, onların dünyagörüşünün artması, davranış stereotiplərinin formalaşması, yaradıcı potensialının genişlənməsi kimi mövzular ətrafında həyata keçirdiyimiz maarifləndirici layihələrimiz fəaliyyətimizin prioritet istiqamətlərindəndir.
2 fevral Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, hər birinə sağlam can, sağlam ruh, sağlam düşüncə və parlaq gələcək arzulayırıq!
Araz Məmmədov
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)