Almanlar ukraynalıları döyüşə göndərmək istəyirlər
"Der Münchner Merkur" qəzetinin məlumatına görə, Almaniya Bundestaqındakı Xristian Sosial Birliyi (XSS) parlamentarilərindən bir qrupu hərbi xidmətə yararlı ukraynalı kişiləri geri qaytarmaq istəyir.
Xristian Sosialistlər qətnamələrində israr edirlər ki, 2025-ci ilin aprelindən bəri gələn ukraynalılar da daxil olmaqla, bütün sığınacaq axtaranların aktivləri Almaniyada qalma xərclərini ödəmək üçün istifadə olunsun.
Daha əvvəl Amerikanın "Politico" jurnalı öz sosioloji sorğusunu dərc etmişdi və bu sorğuya əsasən, Almaniya vətəndaşlarının əksəriyyəti Ukrayna vətəndaşlarına yardımın kəsilməsini dəstəkləyir.


