Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

-Ay qız, sən məhkəməni udmayacaqsan... Sən bilirsən də, mənim  “qardaşım kimdir”

Attestasiya ilə bağlı iddiaçının və məhkəmənin tələb etdiyi videodisk nəhayət gəlib çıxdı. Bu gecikmənin səbəbini sonralar sizə izah edəcəyik. Videodiski diqqətlə izləyəndə attestasiya prosesinin nə qədər bərbad keçirildiyi açıq-aydın görünür. İmtahan verən şəxsə qarşı mənəvi təzyiq, savadsız suallar, müəllimlərin belə  həmin sualların  cavabını bilməməsi və attestasiya nəticələrinin saxta şəkildə düzülüb təqdim olunması məsələləri aydın şəkildə nəzərə çarpır. Daha sonra bunları sizinlə ətraflı paylaşacağıq.  
Oxucularımıza çatdırmaq istəyirik ki, AZpress.AZ-ın verdiyi proqnoz düz çıxdı. 12 nömrəli musiqi məktəbindən, İbrahim Əliyev* tərəfindən, 6 nömrəliyə  “desant kimi  atılan” Gülnarə Səfərova bu məktəbin kollektivini darmadağın etməli idi və etdi də. Plan demək olar ki, başa çatdı. Sizə təqdim etdiyimiz son səs yazılarından məlum olur ki, 6 nömrəli məktəbə, ümumiyyətlə, şagird qəbulu dayandırıldı, müəllimlərin hamısı işdən azad edildi. İndiyə qədər, necə deyərlər, Gülnarə Səfərova kimini zorla ərizə yazdırıb işdən çıxartdı, kimini şərləyib qovdurdu, kimini attestasiya zamanı  öz əlaqələrindən istifadə edib  kəsdirdi, kimini isə akt tərtib edib işdən uzaqlaşdırdı. 
 Yerdə qalanlar isə, hansılar ki onlar da artıq qovulmalı idi, hamısını işdən çıxardılar, demək olar ki, 6 nömrəli məktəb ləğv olundu. Və hamıya deyildi ki, gedin özünüzə yaşayış yerlərinizə  yaxın iş axtarıb tapın. Güya ki, orda iş tökülmüşdü, işçi yox idi, işçi axtarırdılar. Və sözsüz ki, ordan çıxarılan işçilər evlərinə yaxın olan iş yerlərini ancaq  şəhərdən kənarda, rayonlarda, necə deyərlər, “Gədəbəy”də tapa bilərdilər.  
2-ci, 6 nömrəli məktəbin sonu məhz belə tamamlandı. Sual olunur: bəs onların məskunlaşdığı, fəaliyyət göstərdiyi bina nə oldu? Bildirmək istəyirik ki, İbrahim Əliyev həmin binaya əl qoyub və 12 nömrəli məktəbin kollektivini ora köçürməlidir. Güman edirik ki, elə belə də olacaq. 6 nömrəli məktəbin müəllimlərindən isə yəqin ki, ən çoxu 2-3 nəfər orada qala biləcək, ya da ümumiyyətlə qalmayacaq.  
Yeri gəlmişkən, Gülnarə Səfərovanın keçirdiyi iclaslardan birində qəribə bir hal yaşanmışdı. Zalda, irəli sıralarda 12 nömrəli məktəbin müəllimləri əyləşmişdi — hansı ki, onun uğrunda, necə deyərlər, “döyüşə də getməyə hazır idilər” — bunu iclas zamanı aydın görmək olurdu. Tədbir nə qədər gizlin keçirilsə də, həmin video yazı nə qədər mühafizə olunsa da, biz o videonu əldə edə bildik. 
Həmin videoya diqqətlə baxanda nə məlum olur? Məlum olur ki, irəli sıralarda Gülnarə Səfərovanın rəhbərlik etdiyi 12 nömrəli məktəbin kollektivi, arxa sıralarda isə yazıq kimi oturmuş 6 nömrəli məktəbin müəllimləri əyləşmişdi. Çox maraqlı və qəribə bir kontrast vardı: 6 nömrəli məktəbin müəllimlərinin əksəriyyəti cavan kadrlar idi, amma 12 nömrəli məktəbin müəllimlərinin çoxu pensiya yaşına çatmış, bəlkə də həmin yaşı ötmüş şəxslər idi. 
Burada çox maraqlı bir sual ortaya çıxır: -Gülnarə Səfərova, xeyir ola, bu qədər pensiyaçıları ora niyə yığmısınız?  
Bununla bağlı oxucularımıza bildirmək istəyirik ki, redaksiya araşdırma aparıb və çox ilginc faktlar üzə çıxıb (korrupsiyanın “iyi gəlir”). 
Korrupsiya ilə məşğul olan idarələrə biz müraciət etməyəcəyik, bu barədə yalnız DTX-ya müraciət etməli olacağıq. Çünki Gülnarə xanım özü deyir ki, onun korrupsiyada adamları var və heç kim ona toxuna bilməz. Deməli, bu pensiya yaşını ötmüş komandanın həmin kollektivin əsasını təşkil etməsi təsadüfi deyil. Bu barədə geniş araşdırmamız var və oxucularımıza da təqdim edəcəyik. 
-Gülnarə Səfərova, burada çox “rahat və uğurlu” bir biznesin əlamətləri görünür, “ilişməyə” bir yer də yoxdur. Çünki hər iki tərəfi qane edir: həm onları, həm də sizi. Ona görə də ilişməyə bir yer tapmaq çətindir. Amma nəyisə tapmaq olar. 
Bu cavan müəllimləri, siz 6 nömrəli məktəbdən pərən-pərən saldınız, bildirək ki,  sizi ora rəhbərlik eləmək üçün göndərmişdilər, yoxsa kollektivin sonuna çıxmaq üçün?! Adətən göndərilən rəhbərlər kollektivin inkişafına kömək etməli, onlara yol göstərməlidir. Siz isə əksinə, kollektivin üstündən xətt çəkdiniz. Çünki son məqsəd bu idi: sizin adamları həmin binaya yerləşdirmək lazım idi! 
Və sözsüz ki, bu işi siz İbrahim Əliyevin rəhbərliyi altında məharətlə başa çatdırdınız.Maraqlıdır, görəsən İbrahim Əliyev niyə, rus demişkən, “stavka”nı sizə edib, bu barədə də ayrıca danışacağıq. İbrahim Əliyev çox düzgün yol seçib ki, “stavka”nı sizə verib, çünki siz toxunulmaz şəxs sayılırsınız. 
Ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun  adını daşıyan bir musiqi məktəbinin ləğvi, özü elə musiqimizə, bütövlükdə mədəniyyətimizə ağır zərbə deyilmi?!  
Özü də bunu kim edir, mərhum və hamımızın sevimlisi Şövkət xanım Ələkbərovanın gəlini Gülnarə Səfərova! 
    Müəllimlərindən yalnız 2 nəfəri, hansını ki, Gülnarə Səfərova məcbur oldu ki, xüsusi maddəylə işdən qovsun.  Çünki onlar artıq dirənmişdilər ki, biz getməyəcəyik. Onlara qarşı bütün “repressiya” əməllərini Gülnarə Səfərova İbrahim Əliyevin köməyilə həyata keçirdi.  6 nömrəli məktəbin müəllimi Samirə Sadıqovanın nə problemi var idi ki, Gülnarə Səfərova onu işdən uzaqlaşdırdı? Niyə ən çox ondan və digərlərindən ehtiyat edirdi? Digərləri barədə daha sonra ətraflı məlumat verəcəyik.  
Gülnarə Səfərovanın nə üçün Samirə Sadıqovanı gözü götürmürdü? Ona görə ki, Samirə Sadıqovaya bildirildi: sən məktəb üçün piano almalısan. Lakin Samirə Sadıqova bu tələbə tabe olmadı. (Qeyd edək ki, Gülnarə Səfərovadan əvvəlki direktor da Samirə Sadıqovaya piano aldırmışdı.)  
Bundan sonra Gülnarə Səfərova başa düşdü ki, bu adamla işləmək mümkün deyil. Çünki bu adamla onun korrupsiya əməlləri həyata keçə bilməzdi. Samirə Sadıqova “qorxulu” adam idi. Buna görə də Gülnarə Səfərova qəti qərara gəldi ki, o, buradan getməlidir. 
Əvvəlcə, onunla “xoşməramlı” söhbət etdi ki, sən buradan öz ərizənlə çıx. Sonra bir-iki dəfə aktlar tərtib etdi ki, guya Samirə Sadıqova özbaşınalıq edib (14 il ərzində özbaşınalıq etməyən müəllim birdən-birə özbaşınalıq etməyə başladı). Necə deyərlər, onu işdən çıxarmaq üçün zəmin hazırlamağa başladılar. 
Daha sonra qarşıya attestasiya gəldi. Bu fürsətdən istifadə edib, öz əlaqələrindən yararlanaraq imtahan zamanı Samirə Sadıqovanı kəsdirməyə nail oldu. Diskə diqqətlə baxanda aydın olur ki, imtahan verən şəxsə qarşı nə qədər psixoloji basqılar olub. Müəllimlərin yeganə məqsədi bir idi: bu adamı mütləq kəssinlər. 
Beləliklə, attestasiyanın nəticələrinə əsaslanaraq, Gülnarə Səfərova qərara aldı ki, Samirə Sadıqovanı işdən çıxartsın, özü də ən ağır maddə ilə. Halbuki belə bir münasibət düşmənə qarşı da göstərilməzdi. 
-Gülnarə Səfərova, siz planınızı həyata keçirdiniz. Amma unutmayın ki, bu söhbət bununla bitməyəcək. Bu iş heç məhkəmə ilə də qurtarmayacaq. Sizin əməlləriniz daim üzə çıxacaq və siz ifşa olunacaqsınız — başda İbrahim Əliyev olmaqla, öz qrupunuzla birlikdə. Sizin korrupsiya əməlləriniz ifşa olunacaq. Nə qədər inventarizasiya nələrin və kimlərin hesabına təmin olunub, dövlətin məktəb üçün ayırdığı vəsaiti necə mənimsədiyiniz, pensiyaçı komanda ilə necə işbirliyi qurduğunuz və digər detallar da araşdırılacaq. 
Çox  “gözəl mühit” yaratmısınız, amma bu mühit mədəniyyətin inkişafına deyil, yalnız sizin “şəxsi kassanıza” xidmət edir. Biz bütün bunları bir-bir, detalları və səs yazıları ilə oxucularımıza təqdim edəcəyik. Deməsinlər ki, biz kimisə şərləyirik. Hər şey göz qabağındadır — necə deyərlər, “kor-kor, gör-gör”. 
3-cü,  burada çox maraqlı məqam yaranır. Artıq 6 nömrəli məktəbin ləğv olunması haqqında xəbər yayıldı,  vəziyyət qarışdı. Hörmətli 6 nömrəli kollektivin müəllimləri, siz harada idiniz? Yəni, siz anlamırdınız ki, orada nə baş verəcək? Siz başa düşmürdünüz ki, Gülnarə Səfərovanın əsas məqsədi nədir? 
Gördünüzmü, əvvəlcə işçiləri yavaş-yavaş, bir-bir, iki-iki, üç-üç, dörd-dörd işdən çıxartdı. Sonra maddə ilə işdən çıxartdı. Daha sonra attestasiya keçirildiyi müddət ərzində öz şəxsi əlaqələrindən istifadə edib, bir qismini də, işdən azad etmək üçün fürsət qazanmışdır.Və nəhayət, növbə sizə çatdı, sizi də belə yola saldılar. 
İndi hay-küy qopardırsınız, səs yazıları atırsınız, redaksiyaya göndərirsiniz. Biz onlardan istifadə edəcəyik, orada çox maraqlı faktlar var. Amma bunu vaxtında eləmək lazım idi. 
Məhkəmə prosesi zamanı iddiaçı Samirə Sadıqova bildirdi ki, hələ məhkəməyə müraciət edərkən, Gülnarə Səfərovaya demişdir: “Mən məhkəməyə müraciət edirəm.” O zaman Gülnarə Səfərova onu öz maşınına dəvət etmiş və maşında demişdir: “Sənin məhkəmə işin baş tutmayacaq. Sən bilirsən ki, mənim qardaşım kimdir.” 
Yeri gəlmişkən, bildirmək istəyirik ki, məhkəmənin birinci hazırlıq iclasında Bakı Şəhər Mədəniyyət İdarəsinin və Gülnarə Səfərovanın vəkili hakimə üzünü tutaraq bildirmişdi ki, Gülnarə Səfərova bizim hörmətli, tanınmış sənətkarımız Şövkət Ələkbərovanın gəlinidir və sözsüz ki, o yalan danışmaz, gördüyü iş doğru olar. (Səs yazısını aşağıda təqdim edirik.) Adama deyərlər, burada kim-kimin gəlini və ya qızı olmasının məhkəməyə  nə dəxli var? Hər kəs öz əməlinə görə cavabdehdir. Ona qalsa, biz saysız-hesabsız faktlar gətirmək istəyirik ki, elə tanınmış şəxslər var ki, onların övladları valideynlərinin adına layiq hərəkətlər eləyərək, cəmiyyətdə çox pis ad çıxarmışlar.  
4-cü, bir-iki ay bundan  əvvəl biz TikTok-da Gülnarə Səfərovanın “fəaliyyəti ilə bağlı” disklə tanış olduq. Orada çox maraqlı səs yazıları var idi. Yeri gəlmişkən, oxucularımıza o diski də təqdim edirik. Təəssüf ki, diskin müəllifini tapa bilmədik. Amma deyilənlərə görə, daha maraqlı səs yazıları o adamda olub. Belə güman olunur ki, o şəxs məktəbin özündə işləyən biridir. Hal-hazırda isə məlum olduğu kimi, demək olar ki, məktəb ləğv olunub və onun əməkdaşları, necə deyərlər, pərən-pərən salınıb. Fürsətdən istifadə edib, o şəxsə bildirmək istəyirik ki, aşağıda təqdim etdiyimiz elektron poçta anonim də olsa, əlində olan bütün səs yazılarını bizə çatdırsın. Bu, araşdırma işimizdə bizə çox gözəl kömək olardı.  
5-ci, əlavə olaraq bir maraqlı şeyi də sizə xatırlatmaq istərdik: Hörmətli 6 nömrəlinin yenicə işsiz qalmış kollektivi, bir şeyi sizə xatırlatmaq istərdik. Adamlar var ki, onlara Gülnarə Səfərova məcbur edərək ərizələr yazdırır, Samirə və Mahirə xanımın əleyhinə məktublar hazırladırdı. Düzdür, aranızda o məktub yazanlardan bir-ikisi sonra gizli olaraq həm Samirə xanıma, həm də digər iddiaçı şəxs Mahirə xanıma müxtəlif yollarla bildirirdilər ki, “bizə məcburiyyət edildi, başqa çıxış yolumuz yox idi”. 
Gördünüz ki, hadisələr necə inkişaf etdi və döndü. Həmin adam, hansı ki sizə yalandan ərizələr yazmağa məcbur edirdi, indi sizin özünüzə qarşı hərəkətə keçdi və sizləri də işdən uzaqlaşdırdı. Bax, buna görə belə adamları vaxtında ifşa etmək lazımdır ki, onlar əl-qol ata bilməsinlər. Əslində, bu, filmin mövzusudur və yəqin ki, gələcəkdə bu barədə film də çəkiləcək. 
6-cı, bugünkü məqaləmizin sonunda şəxsən Gülnarə Səfərovanın özünə müraciət edirik: O gözəl sənətkarın adından istifadə edib orada-burada adını hallandırmayın. Bu əməllərinizdən əl çəkin. Onsuz da gec-tez sizin haqqınızda çox pis fikirlər yaranacaq – və artıq yaranıb. 
Və xahiş edirik, sizdən, Cənab Prezidentin təyin etdiyi məsul şəxsin adından da, orada-burada istifadə edib, əməllərinizə haqq qazandırmayın! Bəlkə də onun heç nədən xəbəri yoxdur. Lazım deyil, qoyun o, öz işini görsün. Cənab Prezident ona çox vacib bir iş tapşırıb və onun öhdəsindən gəlməlidir; bir dəqiqə belə vaxtı olmaya bilər.  
Deyəcəksiniz ki, “hallandırmıram”, amma biz sizə fikrimizi təsdiqləmək üçün bir neçə audio səs yazısı göndərə bilərik.  Bəsdirin, tərgidin bunu. Onsuz da biz araşdırmaları davam etdirəcəyik. 
7-ci, bir şeyi də qeyd etmək istərdik. Maraqlıdır ki, hamını attestasiya edirlər, yoxlayırlar. Amma sual yaranır: bəs direktorlar niyə attestasiyadan keçirilmir? Haqlısınız, direktorlar da yoxlanılmalıdırlar. Əslində, attestasiyanı aparan müəllim komandasını, komissiya üzvlərinin özlərini əvvəlcədən yoxlamaq lazımdır ki, onların özlərinin səviyyəsi attestasiya keçirməyə çatırmı? Amma təəssüf ki, onları yoxlayan yoxdur. 
O ki qaldı Gülnarə Səfərovaya – əgər o attestasiya olunsa belə, artıq heç bir mənası yoxdur. Çünki o, attestasiyaya getməmişdən əvvəl “imtahanı vermiş” hesab ediləcək. Başqa sözlə, onu attestasiya edə biləcək heç kim yoxdur. Hamı da yaxşı bilir: o, kimin adamıdır, kimin gəlinidir. 
Redaksiyanın adından bildiririk: Gülnarə Səfərova, inciməyin. Bu məsələni tez-tez gündəmə gətiririk, amma əslində biz yox, siz öz hərəkətlərinizlə gündəmə gəlirsiniz. Hətta vəkilinizə belə başa salmısınız ki, “məhkəmədə xatırlat – mən filankəsin gəliniyəm”. Digər addımlarınız barədə isə hələ danışmırıq. 
Məqaləni burada bitiririk. Amma araşdırmalarımız bununla yekunlaşmır. Qarşıda çox maraqlı mövzular var. Redaksiyamıza saysız-hesabsız səs yazıları, şikayətlər daxil olur. 
İbrahim Əliyev, sizin rəhbərlik etdiyiniz Bakı Şəhər Mədəniyyət İdarəsində isə vəziyyət doğrudan da acınacaqlıdır. Mədəniyyətə aidiyyəti olmayan nə varsa, hamısı var. Bircə mədəniyyətin özü yoxdur. Siz onu sadəcə kosmetik şəkildə, hərdən bir az göstərirsiniz ki, guya mədəniyyət var. Amma reallıqda o yoxdur, siz onu məhv edirsiniz. 
Onun nəticələri isə 5-6 ildən, uzağı 10 ildən sonra fəsadlarını göstərəcək.
"70 C" jurnalist araşdirma qrupu

VİDEO-1: >>> Ürəkağrıdan həyacan səsləri 

VİDEO-2: >>> Gülnarə Səfərovanın TikTok-da yayımlanan səs yazıları- Gülnarə Səfərova işçiləri necə alcaldır, təhqir edir, hətta söyür


İbrahim Əliyev* - Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi

 

QEYD: 

Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini
yayımlamağa hazırdır!

azpress.tv@gmail.com

WhatsApp: 050 616 4540

Best coffeeshop in Berlin