AGF rusiyalı məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb
AGF (Azərbaycan Güləş Federasiyası) ölkənin yunan-Roma güləşi üzrə yığma komandasının rusiyalı baş məşqçisi Aleksandr Tarakanovlla yollarını ayırıb. Federasiyadan verilən məlumata görə, 2019-cu ilin aprel ayından etibarən ölkə yığma komandası ilə əməkdaşlığa başlayan Tarakanovun rəhbərliyi altında millimiz 2 dəfə Avropa, eyni sayda dünya çempionatında birinci olmaqla yanaşı, həm Tokio-2020, həm də Paris-2024 Yay Olimpiya Oyunlarında bir bürünc medal qazanıb.
Xatırladaq ki, 6 illik əməkdaşlığa son qoyan AGF rusiyalı mütəxəssisə bu illər ərzində Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İNTİQAM Məmmədov


