ABL-da fasilə başa çatır
Kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) qısa müddətli fasilədən sonra iştirakçı komandalar 12-ci turla yenidən yarışa başlayacaqlar. Tura yanvarın 8-də Qubadakı Olimpiya İdman Kompleksində "Quba" - "ORDU" (saat 15:00) matçı ilə start veriləcək. Həmin gün "Sərhədçi" İdman Mərkəzində isə eyniadlı komanda "Lənkəran" klubunu qəbul edəcək (20:00). Yanvarın 9-da saat 20:00-da elə həmin məkanda "Naxçıvan"la "Sumqayıt" üzləşəcək. Ertəsi gün həmin məkanda daha iki oyun keçiriləcək. Əvvəlcə ölkə çempionu "Sabah" "NTD Bakü" klubunu (saat 14:00), ardından "Neftçi" "Şəki"ni (saat 17:00) sınaqda çəkəcək. Tura yanvarın 11-də "Abşeron Lions" - "Gəncə" (saat 15:00) matçı ilə yekun vurulacaq.
Hazırda qruplar üzrə komandaların qruplar (A və B) üzrə turnir cədvəlindəki vəziyyətləri aşağıdakı kimidir:
Yeri gəlmişkən, 13-14 yanvar günlərində isə ölkə kubokunun 1/8 final oyunları keçiriləcək.
İNTİQAM Məmmədov


