Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Voleybolçular yeni ilə start veriblər

Bu gün kişi və qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında yeni -2026-ci ilə start verilib. Qadınlar arasında bir, kişilər arasında isə iki oyun keçirilib. Qadınların yarışında "Murov Az Terminal"la "Abşeron" arasında 6-ci turdan təxirə salınan oyun baş tutub. Tay-brekə qədər uzanan qarşılaşma ikincinin qələbəsi ilə başa çatıb - 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15).

Kişilər arasında isə 8-ci turun oyunları baş tutub. "Neftçi" klubu "Gənclər" üzərində quru hesablı qələbə qazanıb - 3:0 (25:10, 25:10, 25:23).

"ORDU" klubu isə doğma divarlar arasında "Murov Az Terminal"a tay-brekdə uduzub - 2:3 (25:15, 20:25, 25:22, 29:27, 11:15).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin