Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçıların ölkə çempionatına start verilib

Dünən Respublika Şahmat Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə kişi və qadın şahmatçılar arasında ölkə çempionatının birinci dəstəsinə start verilib.

AŞF-dən verilən məlumata görə isveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan bu seçmə xarakterli çempionatda 40 kişi və 20 qadın şahmatçı mübarizəyə qatılıb. Baş hakimi Azər İbrahimov olan və mukafat fondu 10 min AZN təşkil edən çempionatın reqlamentinə görə, kişilər arasında ilk 9, qadınların yarışında isə ilk iki yeri tutan zəka sahibi Azərbaycan çempionatının Yüksək Liqasında iştirak etmək hüququ qazanacaq.

Yarışlara yanvarın 14-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin