Kişi pəhləvanların ölkə çempionatı başlayıb
Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında böyüklər (kişilər) arasında idman giləsinin yunan-Roma və sərbəst növü üzrə seçmə xarakterli ölkə çempionatına start verilib. Yarışın ilk günü çəkisi 55, 63, 72, 82 və 97 kq olan yunan-Romaçılar döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Saat 17:00-da bu çəkilərdə yarımfinal görüşləri keçiriləcək.
Yanvarın 8-də saat 10:00-dan 11:00-dək yuxarıda göstərilən cəkilərdə təsəlliverici görüşlər keçiriləcək.
Saat 11:00-dan 15: 00-dək 60, 67, 77, 87 və 130 kq çəki dərəcələrində ilkin təsnifat görüşləri baş tutacaq.
Ardından saat 15:30-dan 16:30-dək bu çəkilərdə 1/2 final görüşləri keçiriləcək.
Saat 17:00-dan 17:45-dək çempionatın rəsmi açılış mərasimi olacaq.
Saat 18:00-dən 20:00-dək isə 55, 63, 72, 82 və 97 kq-da medallar uğrunda qarşılaşmalar olacaq və bununla da həmin çəkilərdə qalıb və mükafatçılar müəyyənləşəcək.
Çempionata yanvarın 11-də yekun vurulacaq.
İNTİQAM Məmmədov


