Voleybolçular yeni ilə start veriblər
Bu gün kişi və qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında yeni -2026-ci ilə start verilib. Qadınlar arasında bir, kişilər arasında isə iki oyun keçirilib. Qadınların yarışında "Murov Az Terminal"la "Abşeron" arasında 6-cı turdan təxirə salınan oyun baş tutub. Tay-brekə qədər uzanan qarşılaşma ikincinin qələbəsi ilə başa çatıb - 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15).
Kişilər arasında isə 8-ci turun oyunları baş tutub. "Neftçi" klubu "Gənclər" üzərində quru hesablı qələbə qazanıb - 3:0 (25:10, 25:10, 25:23).
"ORDU" klubu isə doğma divarlar arasında "Murov Az Terminal"a tay-brekdə uduzub - 2:3 (25:15, 20:25, 25:22, 29:27, 11:15).
İNTİQAM Məmmədov


