Regional Mədəniyyət İdarəsində hesabat iclas
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsində aparat əməkdaşları və tabeli mərkəzi müəssisə rəhbərlərinin iştirakı ilə 2025-ci ilə həsr olunmuş hesabat iclası keçirilib. İclasda hesabat dövründə görülən işlər, icra olunan mədəni-maarif layihələri, tabeli qurumların fəaliyyəti və kadr məsələləri müzakirə olunub, qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdirilib.
İdarənin rəisi Bəxtiyar Qılıncov dövlət proqramları, mədəni layihələr və “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, həmçinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə toxunub. O, daxili intizam, insan resurslarından səmərəli istifadə, sənədləşmə və nəzarət tədbirləri barədə də məlumat verib.
Müəssisə rəhbərləri görülən işlər haqqında hesabatlarla çıxış ediblər. İclasda mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.
Akif AĞAYEV


