Azərbaycanda beynəlxalq dağ xizəyi turniri başlayıb
Beynəlxalq Xizək və Snoubord Federasiyasının təqviminə əsasən, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq dağ xizəyi turniri (Azerbaijan Open 2026) başlayıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarından 20 idmançı iştirak edir. Azərbaycanı Anastasiya Papatoma təmsil edir.
Turnir 10 yanvar tarixinə qədər davam edəcək.


