Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı RİH başçısı Ərkivan qəsəbəsində ...

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərkivan qəsəbəsinin Allahyarlı kəndində sakinlərlə növbəti səyyar görüş-qəbul keçirib. Görüş zamanı I Qarabağ müharibəsi şəhidi Ağayev Ələddin Bahaddin oğlunun ailəsi, həmçinin qəsəbədəki şəhidlərin məzarları ziyarət olunub.
Qeyd edilib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqət və qayğı ilə əhatə olunur, onların problemlərinin həlli istiqamətində mütəmadi və ardıcıl tədbirlər həyata keçirilir.
“AZpress.AZ” İnformasiya Agentliyinin xüsusi müxbiri xəbər verir ki, səyyar görüş zamanı icra başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılması üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Daha sonra rayon rəhbəri Araz Əhmədov, RİH aparatının əməkdaşları, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə digər şəhidlərin də məzarları ziyarət edilib. Qəbirüstü abidələrin önünə gül dəstələri düzülərək igid Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunub.
Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
 

Best coffeeshop in Berlin