Tarot Arxetipləri – daxili dünyanın dili: Tehranə Əsgərovanın “Qadının sehri” adlı fərdi sərgisi +FOTO=30
Bakıda, Aydani Art Gallery-də rəssam və psixoloq Tehranə Əsgərovanın Tarot arxetiplərinə həsr olunmuş fərdi sərgisi keçirildi. Sərgidə təqdim olunan əsərlər Tarotun fal və gələcək haqqında deyil, insanın daxili aləmi, psixoloji prosesləri və həyat mərhələləri haqqında danışa bilən universal bir dil olduğunu göstərir.
Müəllif öz rəsmlərində Tarot arxetiplərini simvolik obrazlar kimi deyil, insanın yaşadığı hisslər, seçimlər və daxili dəyişikliklər kimi təqdim edir. Hər bir tablo konkret bir hekayə anlatmır, əksinə, tamaşaçını öz daxili dünyasına yönəldən bir daxili durum kimi təqdim olunur.
Sərgini ziyarət edənlər əsərlərin güclü emosional təsir bağışladığını qeyd edirdilər. Rəsmlər xüsusi bilik və izah tələb etmir — onlar rəng, forma və hiss vasitəsilə intuitiv şəkildə duyulur. Bu da hər kəsə öz şəxsi mənalarını tapmaq imkanı yaradır.
Tehranə Əsgərovanın sərgisi müasir incəsənətdə estetik gözəlliklə psixoloji dərinliyin birləşdiyi nadir nümunələrdəndir. Bu layihə Tarot arxetiplərini mistik anlayış kimi deyil, insanın özünü daha dərindən dərk etməsinə xidmət edən mədəni və psixoloji bir kod kimi təqdim edir.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99477 737 75 76
RUS:
Архетипы Таро как язык внутреннего мира: персональная выставка Техраны Асгаровой
В Баку, в галерее Aydani Art Gallery, прошла выставка художницы и психолога Техраны Асгаровой, посвящённая архетипам Таро — универсальным образам, отражающим глубинные процессы человеческой психики. В своих работах автор соединяет живопись, символизм и психологическое знание, представляя Таро не как инструмент предсказаний, а как язык внутреннего самопознания.
Каждая картина на выставке раскрывает архетип как состояние и внутренний опыт человека. Образы не рассказывают истории буквально, а передают чувства, выборы и этапы личной трансформации. Зритель оказывается не просто наблюдателем, а участником внутреннего диалога с самим собой.
Посетители отмечали, что работы вызывают личный отклик и глубокие ассоциации. Картины не требуют специальных знаний и интерпретаций — они воспринимаются интуитивно, через цвет, форму и энергию образов.
Выставка Техраны Асгаровой стала примером современного искусства, в котором эстетика сочетается с психологической глубиной, а архетипы Таро раскрываются как универсальный культурный код, понятный каждому.
ENG:
Tarot Archetypes as the Language of the Inner World: A Solo Exhibition by Tehrana Asgarova
A solo exhibition by artist and psychologist Tehrana Asgarova, dedicated to Tarot archetypes, recently took place in Baku at Aydani Art Gallery. The works presented explore Tarot not as a tool for fortune-telling, but as a universal language that reflects the inner world of the human being, psychological processes, and life transitions.
In her paintings, Asgarova presents Tarot archetypes not as literal symbols, but as inner states — emotions, choices, and moments of personal transformation. Each artwork invites the viewer into a quiet dialogue with themselves rather than offering a fixed narrative.
Visitors noted the strong emotional impact of the exhibition. The paintings do not require special knowledge or interpretation; they are perceived intuitively through color, form, and the energy of the images, allowing each viewer to find their own personal meaning.
Tehrana Asgarova’s exhibition stands as a refined example of contemporary art where aesthetic expression meets psychological depth. The project presents Tarot archetypes not as mystical imagery, but as a cultural and psychological code that helps individuals better understand themselves and their inner experience.


