ABL-da qış fasiləsi bitib
İki həftəlik qış fasiləsindən sonra kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-ci illər mövsümünə 12-ci turla yenidən start verilib. Turun ilk oyunu Qubadakı Olimpiya İdman Kompleksində yerli "Quba" ilə "Lənkəran" klubu arasında baş tutub. Görüş qonaq komandanin qələbəsi ilə yekunlaşıb - 69:72 (23:20, 15:16, 18:16, 13:20).
Günün və turun ikinci oyunu "Sərhədçi" İdman Kompleksində eyniadlı klubla "Ordu" arasında baş tutub. Bu oyunda da qələbəyə sevinən qonaq komanda olub - 111:116 (19:35, 27:27, 30:18, 45:38).
Yanvarın 9-da "Sərhədçi" İdman Kompleksində "Naxçıvan"la "Sumqayıt" üzləşəcək (saat 20:00).
Tura yanvarın 11-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



