Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Banu Muharremin  “YarAdam” adlı kitabının təqdimatı keçirilib +FOTO=54

Yanvarın 8-də Şuşa Dövlət Musiqili Dram Teatrında prezident təqaüdçüsü, şairə Banu Muharremin  “YarAdam” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər-Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti Nurəddin Mehdixanlı, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunis, Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, tənqidçi Seyfəddin Hüseynli, Xalq artisti, qiraət ustası, Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Laləzar Mustafayeva, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Vüsal Xalıqoğlu, Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Elşən Rüstəmov, gənc qiraətçi Əlizamin Abdullayev,  Əməkdar artist Nazir Rüstəmov və Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva çıxış edərək Banu Muharrem ilə bağlı olan xatirələrini bölüşdülər, onun yaradıcılıq fəaliyyətinə dair maraqlı məqamları diqqətə çatdırdılar. Eyni zamanda müəllifin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olundu, tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Təqdimat səmimi mühitdə keçdi, müəllif oxucularla ünsiyyətdə oldu, sualları cavablandırdı və kitablarını imzaladı. 

Banu xanıma yaradıcılıq fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzu edirik.

8 yanvar 2026-cı il

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin