Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ayntraxt Frankfurt" Bakıya səfəri üçün qapalı format seçib

"Ayntraxt Frankfurt" UEFA Çempionlar Liqasında "Qarabağ"la oyundan əvvəl Bakıda mətbuat konfransı və ya açıq məşq keçirməyəcək.

Bundesliqanın nümayəndəsi oyundan əvvəlki axşam, 20 yanvar tarixində Azərbaycana gələcək. Frankfurt klubu oyundan dərhal sonra Almaniyaya qayıdacaq.

Tribunada səfər azarkeşləri olmayacaq. Bu qərar UEFA-nın "Ayntraxt"a Çempionlar Liqasının dördüncü turunda "Barselona"ya 2:1 hesabı ilə məğlub olduqları oyunda azarkeş davranışına görə tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu 21 yanvarda saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.

Best coffeeshop in Berlin