Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Kamandan oxatanlarin ölkə çempionatı keçiriləcək 

13-16 yanvar günlərində Azərbaycan Tibbi Universitetinin "Tibbi" idman zalında yeniyetmələr (U-15), gənclər (U-21) və böyüklər arasında kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Azərbaycan Kamandan Oxatma Federasiyasının və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışda ümumilikdə 70-dən artıq idmançı nişangaha çıxacaq. Yarışların proqramına əsasən yanvarın 13-də iştirakçılar arasında sınaq atışları və rəsmi məşqlər keçiriləcək. 14-15 yanvar günlərində təsnifat mərhələsinin yarışları baş tutacaq. Yanvarın 16-da isə həlledici final yarışları çempionata yekun vurulacaq. Hər yaş qrupunda qalib və mükafatçılar (1-3-cu yerlər) müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin