Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"MAA" səfərdə "Gəncə"ni məğlub edib 

Yanvarın 9-da kişi və qadın klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında iki oyun keçirilib. Qadınların yarışında 8-ci tur çərçivəsində keçirilən oyunda "Gəncə" klubu doğma divarlar arasında "Milli Aviasiya Akademiyası"ni qəbul edib. Gəncə OİK-də baş tutan həmin qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:3 (35:20, 25:22, 15:25, 15:25, 9:15).

Kişilərin yarışında isə ikinci turdan təxirə salınan "AZERRAİL" - "Gənclər" oyunu baş tutub. Matç birincinin quru hesablı qələbəsi ilə bitib - 3:0 (25:11, 25:12, 25:20). 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin