Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərin ölkə çempionatına yekun vurulub 

Yanvarın 7-də Bakı İdman Sarayında kişilər arasında yunan-Romaçıların çıxışı ilə starti verilən idman güləşi üzrə ölkə çempionatına 11 yanvar günü sərbəst güləşçilərin medal görüşləri ilə yekun vurulub. Çempionatın son günündə 5 çəki dərəcəsində qalib və mükafatçılar bəlli olub. Yarışların son günü çəkisi 61, 70, 79, 92 və 125 kq çəki dərəcəsində çıxış edən pəhləvanlar mübarizə aparıblar.

61 kq çəki dərəcəsində qalib adını finalda, Ceyhun Allahverdiyev (MOİK) üzərində 10:0 hesabla qalib gələn Nurəddin Novruzov (Gəncə) qazanıb. O, üçüncü dəfə ölkə çempionu olub. Ələbbas Rzazadə ("Neftçi") və Nicat Həsənov (AİJA) bu çəkidə üçüncü olmaqla bürünc medal qazanıb.

70 kq-da çempionluq sevincini Kənan Heybətov ("Sərhədçi") yaşayıb. O, finalda eyni soyadı daşıyan Ramiki (AHİTA) üstələyib - 12:5. Üçüncü yeri isə Omar Gülməmmədovla ("Neftçi") Mircavad Nəbiyev (AHİTA) tutub.

79 kq çəkidə çempionluq zirvəsinə finalda Fərid Cabbarovu ("Neftçi') 5:1 hesabla üstələyən Cəbrayıl Hacıyev (AGF) yüksəlib. Bu çəki dərəcəsində bürünc medalları isə Ramiz Həsənovla (Gəncə) Sahib Dadaşov ("Neftçi ") qazanıb.

92 kq-da Ali Tsokayev (AGF) çempion olub. O, həlledici finalda Abubakr Abakarovu (AGF) üstələyib - 6:1. Bu çəkidə üçüncü yerin sahibləri Təbriz Bayramovla (Sumqayıt, Təhsil) Şəmistan Axundov ("Neftçi ') olub.

125 kq çəki dərəcəsində qalib adını "Neftçi" İk-nin üzvü Yusub Dursunov qazanıb. Onun finaldakı rəqibi Georgi Meşvildişvili ("Neftçi") zədəli olduğu üçün döşək üzərinə çıxmayıb və nəticədə Dursunov güləşmədən çempionluq kürsüsünə qalxıb. Bu çəkidə bürünc medallarin sahibi Xəyal Xanmuradovla (Masallı) Muxammad Qantemirov (AGF) olub.

Yeri gəlmişkən, hər çəkidə ilk üç yeri tutan güləşçilər müvafiq olaraq, 1000, 700 və 300 manat civarında hədiyyə qazanıb. İlk üç yerin sahibləri, həm də ölkə millisinin heyətində cəlb ediliblər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin